Azərbaycan Rusiyaya bəzi məhsulların ixracını artırıb
Tarix: 16.12.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


“Son 4 ay ərzində Azərbaycan, Belarus və Qazaxıstandan Moskvaya ət və süd məhsullarının ixracı ikiqat artıb. Ümumilikdə satışa çıxarılan malların çeşidi demək olar ki, azalmayıb”. “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə jurnalistlərə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk deyib. Çeşidlərin təhlili, əsasən, istehlak səbətinə daxil olan 40 əsas ərzaq üzrə aparılıb.
A.Nemeryukun sözlərinə görə, Moskvanın xidmət şəbəkələri Rusiyaya gətirilməsinə qadağa qoyulan məhsulların əvəz edilməsinin öhdəsindən pis gəlməyib: "Haradasa biz də onlara kömək etdik. Biz bir neçə dəfə Belarusa səfər etdik. Ət və süd məhsullarının dövriyyəsi son dörd ay ərzində demək olar ki, iki dəfə artıb. Azərbaycan və Qazaxıstandan olan digər həmkarlarımızla da vəziyyət eynidir".
O, əlavə edib ki, şirkətlərin təhlilinə əsasən, çeşidlər demək olar ki, azalmayıb: "Bir mövqe azalıb, üçü isə artıb. Beş, yaxud altı faiz düşüb, ola bilsin ki, on faiz artıb. Onların başqa həcmdə olması ayrı məsələdir".
Qeyd edək ki, Azərbaycanın xarici ticarət tərəfdaşları siyahısında Rusiya 4-cü yeri tutur. Bu ilin yanvar-noyabr aylarının yekunları üzrə Rusiya ilə ticarət dövriyyəsi 1,77 milyard dollar təşkil edib. Bu da ölkənin ticarət əməliyyatlarının ümumi həcmində 6,13 faiz təşkil edir.
Azərbaycan məhsullarının ixracının həcminə görə Rusiya onuncu yerdədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info