Pakistanda terrorçuların hərbi məktəbə hücumu nəticəsində 104 nəfər həlak olub
Tarix: 17.12.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində terrorçuların hərbi məktəbə hücumu nəticəsində 104 nəfər həlak olub.
Onlardan 84-ü uşaqdır. Məlumatda bildirilir ki, 100 nəfərdən çox yaralı var, təxminən 400 adam girov götürülüb. Hazırda girovların azad edilməsi üçün əməliyyat hazırlanır. Pakistanın Baş naziri Nəvaz Şərif əməliyyatı izləmək üçün Peşəvar şəhərinə gedib. Baş nazir jurnalistlərə deyib ki, girovların azad edilməsi üçün nə lazımdırsa ediləcək. Əyalətdə üç günlük matəm elan edilib. Terror aktına görə məsuliyyəti “Təhrik-i Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.
Lukaşenko:
“Yeni bazarlar tapmalıyıq”
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini Rusiya bazarına sitayiş etməyə son qoyaraq yeni istehlak bazarları axtarmağa çağırıb.
“Belarusskiye novosti”nin məlumatına görə, Lukaşenko bildirib ki, Nazirlər Kabinetinin bunun üçün bir neçə həftəlik vaxtı var, əks halda ölkəni devalvasiya, sənaye istehsalının azalması, defolt və işsizlik gözləyir: “Rusiya qardaş ölkə olsa da, biz Rusiya bazarına sitayişə son qoymalıyıq. Görürsünüz ki, onların bazarı dağılıb və biz də onların ardınca çökürük. Nə vaxtsa satışımız 85 faiz idi, bu gün isə 40-45 faizə düşüb”. Lukaşenko əlavə edib ki, Belarusun əsas tərəfdaşlarından olan Ukraynada yaranmış vəziyyət də baş verənlərə təsir edir: “Ukraynada nələr olduğunu görürsünüz, əsas bazarlarımızdan biri olan bu ölkədə müharibə gedir, onların bizdən traktor, MAZ, BelAZ alacaq halı yoxdur”. Lukaşenko bəyan edib ki, Minsk oturub yaxşı günlərin gəlməsini gözləməyəcək: “Bu gün istehsalımızı xilas etmək və insanları küçəyə atmamaq üçün nə mümkündürsə, etməliyik. Belə vəziyyət heç vaxt olmamışdı. Biz bu situasiyada öz dayanıqlılığımızı göstərməliyik. Gələn il bizim üçün imtahandır. Nəyin bahasına olursa olsun, yeni bazarlara çıxmaq lazımdır. Bu, mümkündür”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info