Macarıstan Rusiya ilə Qərb arasında qalıb
Tarix: 17.12.2014 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Kanadanın "The Globe And Mail" nəşrində Macarıstanın bugünkü durumu ilə bağlı Mark Makkinnonun müəllifi olduğu məqalə dərc edilib. Məqalə müəllifi öncə ölkəni 2010-cu ildən idarə edən baş nazir Viktor Orbanı populizmə meyillilikdə ittiham edir.
Bir müddət əvvəl, Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın mövqeyini müdafiə edən Orban, Putin sisteminə heyran qaldığını bəyan edərək, ölkəsində də "qeyri-liberal demokratiya" yaradacağını deməklə Qərbi şoka salmışdı.
Orbanın bəyanatına ilk reaksiya verənlərdər biri və eyni zamanda baş nazirin əleyhdarı olan Jolt Varadi baş nazirin mövqeyini kəskin tənqid edərək onu Macarıstanı diktatorluğa yaxınlaşdırmaqda ittiham edib.
Xatırladaq ki, bu ilin payızında minlərlə macar baş nazirin apardığı siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmışdı. Çərşənbə axşamına (dünənə) planlaşlaşdırılan yeni kütləvi etirazlar ölkənin yenidən geosiyasətə qayıtmasına etirazdır. Etirazçıların əsas şüarı Avropanın mərkəzindəki 10 milyonluq əhalisi olan Macarıstanın soyuq müharibə illərində olduğu kimi, indi də Rusiya və Qərb arasında mübahisə obyekti olduğuna hesablanmışdı. Qeyd edək ki, Rusiya ilə əldə edilən bir sıra iqtisadi sazişlər Orbanın mövqeyini möhkəmlədib və dramatik seçkilər ərəfəsində ona ölkədəki kommunal qiymətlərin aşağı salınmasına imkan yaradıb. Məhz elə bunun sayəsində onun rəhbərlik etdiyi «Fides» partiyası ikinci dəfə ölkədə hökuməti qurdu. Lakin bununla belə, indi də ölkədə çoxları Orbanın bütün bunlara Rusiya xarici siyasətinə tabe olması nəticəsində nail olduğunu iddia edirlər. Bir daha xatırladaq ki, bu ilin aprelində ölkədə keçirilən parlament seçkilərində Orban və onun partiyası yerlərin üçdə ikisini əldə etməyə nail olmuşdular. Lakin bununla belə qeyd edilməlidir ki, əvvəlki parlament seçkiləri ilə müqayisədə, hakim partiyanın nüfuzu 53%-dən 45% -ə düşsə belə, ölkənin 23 böyük şəhərlərinin 22-nin əhalisi Orbanın partiyasını dəstəklədilər. Hətta Orbanı tənqid edənlər belə, onun bu uğurlarını ölkədəki büdcə kəsirinin azaldılması və işsizliyin aradan qaldırılmasında qazandığı uğurlarla bağlandığını etiraf etməli oldular.
Baş nazirin mətbuat katibi Zoltan Kovaç iddia edir ki, macarlara bəzi məziyyətlərinə görə xoş gələn Orbanı Qərbdə elə bu məziyyətlərinə görə də sevmirlər. O, yalnız xalqın milli maraqları əsasında qərarlar qəbul edir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info