Lukaşenko: “Yeni bazarlar tapmalıyıq”
Tarix: 17.12.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini Rusiya bazarına sitayiş etməyə son qoyaraq yeni istehlak bazarları axtarmağa çağırıb. “Belarusskiye novosti”nin məlumatına görə, Lukaşenko bildirib ki, Nazirlər Kabinetinin bunun üçün bir neçə həftəlik vaxtı var, əks halda ölkəni devalvasiya, sənaye istehsalının azalması, defolt və işsizlik gözləyir: “Rusiya qardaş ölkə olsa da, biz Rusiya bazarına sitayişə son qoymalıyıq. Görürsünüz ki, onların bazarı dağılıb və biz də onların ardınca çökürük. Nə vaxtsa satışımız 85 faiz idi, bu gün isə 40-45 faizə düşüb”. Lukaşenko əlavə edib ki, Belarusun əsas tərəfdaşlarından olan Ukraynada yaranmış vəziyyət də baş verənlərə təsir edir: “Ukraynada nələr olduğunu görürsünüz, əsas bazarlarımızdan biri olan bu ölkədə müharibə gedir, onların bizdən traktor, MAZ, BelAZ alacaq halı yoxdur”. Lukaşenko bəyan edib ki, Minsk oturub yaxşı günlərin gəlməsini gözləməyəcək: “Bu gün istehsalımızı xilas etmək və insanları küçəyə atmamaq üçün nə mümkündürsə, etməliyik. Belə vəziyyət heç vaxt olmamışdı. Biz bu situasiyada öz dayanıqlılığımızı göstərməliyik. Gələn il bizim üçün imtahandır. Nəyin bahasına olursa olsun, yeni bazarlara çıxmaq lazımdır. Bu, mümkündür”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info