“Riqa sammitində “Şərq Tərəfdaşlığı”nın gələcəyi barədə aydın mövqe bildiriləcək”
Tarix: 17.12.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs və Danimarkanın xarici işlər naziri Martin Lideqaard Brüsseldəki Avropa Siyasi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş “Şərq Tərəfdaşlığı - Riqaya və daha uzağa gedən yol” mövzusunda konfransda çıxış ediblər. E.Rinkeviçs gələn il may ayında Riqada keçiriləcək sammit kontekstində Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün inkişafına Latviyanın münasibətini bildirib. Nazir vurğulayıb ki, Riqa sammitində Şərq Tərəfdaşlığının gələcək inkişafında Aİ-nin marağı olmasını aydın bildirmək, bu təşəbbüsün iştirakçıları olan və assosiasiya haqqında sazişdə göstərilən yol üzrə irəliləyəcək dövlətlərə fərdi “yol xəritələri” təklif etmək lazımdır. Nazir deyib: “Aİ assosiasiya və sərbəst ticarət haqqında sazişlərin həyata keçirilməsini dəstəkləməlidir. Həmçinin müvafiq ölkələrdə viza rejiminin sadələşdirilməsinə hazırlıq üzərində ciddi işləmək lazımdır”.
Bununla bərabər, xarici işlər naziri vurğulayıb ki, ölkələr özləri müvafiq islahatlar keçirilməsi, assosiasiya haqqında sazişlərin tətbiq olunmasının tələb edilməsi yolu ilə Aİ-yə daha da yaxınlaşmağa hazır olduqlarını nümayiş etdirməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
19.06.2019
Hərbi qulluqçuların maaşlarının artırılması hərbiçilərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
19.06.2019
Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19.06.2019
“Sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir”
19.06.2019
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info