Müasir təhsil konsepsiyalarına həsr olunmuş beynəlxalq elmi konfrans
Tarix: 17.12.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq muxtar respublikada bütün sahələr kimi təhsilin də inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.
Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bu diqqət və qayğı sayəsində son 10 ildə 150-yə yaxın məktəb binası tikilib istifadəyə verilib, hazırda bu sahədə işlər davam etdirilir. Təhsil müəssisələri 3500-dən çox kompüterlə təmin edilib, onların 84%-i internetə qoşulub, 600-ə yaxın elektron lövhə quraşdırılıb. Təhsilə göstərilən dövlət qayğısı ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna da öz müsbət təsirini göstərib. Belə ki, 2014-2015-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 347-si qəbul imtahanlarında 500-700 intervalında bal toplayıb ki, bu da ötən illə müqayisədə 11% çox olub. Burada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi də diqqətdə saxlanılıb. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzi yaradılıb, bu kateqoriyadan olan 19 uşaq kompüter, məktəbli geyim və ləvazimatları ilə təmin olunub. Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncama əsasən Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. Elm və biliyin tərəqqisi məqsədilə, Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə Ali Məclisin Sədri yanında Bilik Fondu, həmçinin elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilib, Mükafat Komissiyası yaradılıb. Bütün bunlar muxtar respublika əhalisinin maarifləndirilməsi, gənclərin biliklərinin artırılması, naxçıvanşünaslığın təbliği, yaradıcı ziyalıların müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Ali və orta ixtisas təhsili müəssisələrində təhsilin, elmin inkişafı. maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib, müxtəlif ixtisaslar üzrə mütəxəssislər, elmi-pedaqoji kadr hazırlığı, yeni təhsil standartlarına keçidlə əlaqədar mühüm işlər görülüb. Şöbə müdiri çıxışının sonunda növbəti beynəlxalq elmi konfransın elmi fikirlərin müzakirəsi və qarşılıqlı elmi əlaqələrin yaradılması baxımından böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil sistemi qarşısında duran vəzifələr” haqqında məruzə edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının bugünkü uğurlu davamından, Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının təhsilin tərəqqisinə verəcəyi töhfələrdən, milli təhsilin insan kapitalına olan tələbatı ödəyəcək, dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsindən, tədrisin keyfiyyətində edilən əsaslı dəyişiklərin 2020-ci ildə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına çıxmasına xidmət etməsindən danışıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr” məruzəsində bildirib ki, universitet 2009-cu ildən Bolonya prosesinə qoşulub və 2012-ci ildən bu prosesin tətbiqinə başlanıb. Hazırda bu ali məktəbdə Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində mühüm uğurlar qazanmaqla yanaşı, muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə yaxından köməklik göstərir.
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov “Təhsildə yeni hədəflərə yol - müasir məktəb və innovativ müəllim” məruzəsində Azərbaycanda müasir dövrdə təhsil sahəsində aparılan islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris prosesində, pedaqoji kadr hazırlığında məzmun dəyişikliyi, ənənəvi metodlardan müasir tədris üsullarına keçid, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqinin əhəmiyyəti barədə məlumat verib.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında elm və təhsilin qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor, Əməkdar elm xadimi Oruc Həsənli “Təfəkküryönümlü kurikulum və gələcəyə baxış”, İstanbul Əsənyurd Universitetinin əməkdaşı Davud İbrahimoğlu “Pozitiv düşüncə və beynin uyğun öyrənilməsi”, Bakı Biznes Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Fərahim Sadıqov “Pedaqoji elmin banisi Y.A.Komenskinin vətəni Çexiyada təhsil” mövzusunda məruzələr ediblər.
İkigünlük beynəlxalq elmi konfrans 8 bölmə iclası ilə işini davam etdirəcək.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info