Yaşayış binalarının tikintisi üçün rəy alınması asanlaşacaq
Tarix: 17.12.2014 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Kəmaləddin Heydərov: “Müxtəlif xarakterli fövqəladə hadisələr zamanı 257-si uşaq olmaqla, 651 nəfər xilas edilib”

Fövqəladə Hallar Nazirliyinin gələn il üçün fəaliyyət prioritetləri açıqlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılış mərasimi olub. Açılış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.
Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub. Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha da asanlaşacaq. Yeni binada FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər. Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış binaları üçün burada müvafiq ekspert rəyləri veriləcək. Daha sonra K.Heydərov FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnformasiya Mərkəzi və Dövlət Agentliyinin Mühəndis Təminatı, Texnoloji Həllər və Avadanlıqlar şöbəsinin işi ilə tanış olub. Nazir dünən Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışında da iştirak edib. Tibb Mərkəzinin yeni inzibati binası zirzəmi və üç mərtəbədən ibarət olmaqla ən müasir standartlara uyğun inşa olunub, bina ən son tibbi avadanlıqlarla təchiz edilib. Zirzəmidə şüa-diaqnostika bölməsi, laboratoriya bölməsi, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir. Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır. Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır. Birinci mərtəbədə Mərkəzin inzibati hissəsi və Poliklinika şöbəsi, ikinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya kabineti və Mərkəzin Stasionar şöbəsinin terapiya bölməsi, üçüncü mərtəbədə isə Mərkəzin Stasionar şöbəsinin cərrahiyyə bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir. Dünən Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə mərasim keçirilib. Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlik əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. K.Heydərov deyib ki, peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması FHN əməkdaşlarını daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla, həm də Azərbaycan Prezidentinin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Diqqətə çatdırılıb ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilib.
Fövqəladə hallar naziri mərasimdə bildirib ki, 11 ay ərzində respublika ərazisində 10 567, paytaxt Bakıda 3076 yanğın hadisəsi qeydə alınıb: “Yanğın hadisələrinin qarşısının alınması sahəsində operativlik nümayiş etdirilib. Hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib, 103 dövlət obyekti, 600 fərdi ev, 400 yardımçı tikili yanğından mühafizə olunub. 11-i uşaq olmaqla, 47 nəfərin həyatı real təhlükədən xilas edilib”. Nazirin sözlərinə görə, 738 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 10 min hektarlarla meşə və 502 hektara yaxın taxıl sahəsi yanğından mühafizə edilib. K.Heydərov bildirib ki, 25 min fəhlə və qulluqçu yanğına qarşı maarifləndirilib, 66 mindən çox obyektdə yanğın-təhlükəsizlik yoxlaması aparılıb, əhalinin maarifləndirilməsi işləri də həyata keçirilib, 12 mindən çox evdə nöqsanlar aşkar edilib, təxirəsalınmaz tədbirlər görülməsi üçün qaz istismar idarələrinə məktublar göndərilib. K.Heydərov deyib ki, müxtəlif xarakterli fövqəladə hadisələr zamanı 257-si uşaq olmaqla, 651 nəfər xilas edilib. Xilasedicilər tərəfindən 204 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrdən çıxarılıb. Ümumiliklə batmaq təhlükəsi ilə üzləşmiş 261 nəfər xilas edilib, 73 nəfərin cəsədi tapılaraq təhvil verilib: “Cari ilin 11 ayı ərzində neft və qazçıxarma sahəsində, dağ-mədən, metallurgiya və emal sənayesində təhlükəli yüklərin avtomobil yolu və dəmir yolu ilə daşınmasında işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 36 min tədbir keçirilib, 14 mindən çox təhlükəli hal aşkarlanıb, 402 qurğu və avadanlıqdan istifadəyə qadağan qoyulub”. K.Heydərov deyib ki, 2015-ci il üçün FHN-in Fəaliyyət Planı hazırlanıb: "Əsas məqsəd əməkdaşların peşəkarlığının artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi və Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaqdan ibarətdir. Birinci Avropa Olimpiya Oyunları Azərbaycanın daha bir triumfuna çevriləcək”. K.Heydərov bildirib ki, nazirlik daha da səfərbər olacaq və ölkə rəhbərliyinin qarşıya qoyduğu işləri daha yüksək səviyyədə yerinə yetirəcək. Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub. Kəmaləddin Heydərov Prezident tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib. Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar. Mərasimdə Prezidentə müraciət qəbul edilib. Müraciətdə qeyd edilib ki, ötən 9 il ərzində fövqəladə halların aradan qaldırılması istiqamətində böyük işlər görülüb, maddi itkilərin həcmi xeyli azalıb, insan itkisi minimuma endirilib: “Bu gün fövqəladə hallar orqanları işini günün tələbi səviyyəsində qurur. Ötən müddət ərzində qazandığımız hər bir uğurun əsasında sizin FHN-in şəxsi heyətinə göstərdiyi qayğı dayanır. Nazirliyin əməkdaşlarının təltif edilməsi diqqətin bariz nümunəsidir. Buna görə sizə dərin minnətdarlıq bildiririk. Əmin edirik ki, əhalinin və ərazinin fövqəladə hallardan qorunmasına hər zaman hazır olacağıq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info