Azərbaycan Polşanın üstünlük verdiyi 11 dövlətin siyahısına daxil edilib
Tarix: 17.12.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Polşa potensial imkanlar və qarşılıqlı əmtəə dövriyyəsinin inkişafı baxımından xüsusilə perspektivli və vacib saydığı 11 ölkə sırasına Azərbaycanı da daxil edib”. Polşa Respublikası İqtisadiyyat Nazirliyinin İkitərəfli Əməkdaşlığa Dəstək Departamentinin direktorunun müavini, hazırda Bakıda səfərdə olan Eljbeta Bodio bu sözləri AzərTAc-a eksklüziv müsahibəsində söyləyib.
Departament direktorunun müavini onu da bildirib ki, yeni ildən etibarən Polşa İqtisadiyyat Nazirliyi əməkdaşlığın və Polşadan ixracın fəallaşdırılması üzrə yarımillik proqramın icrasına başlayacaq: “Biz bu səfər müddətində çox mühüm və maraqlı görüşlər keçirdik. Ən başlıcası, biz Azərbaycan tərəfindən tam anlaşma və bu proqramın həyata keçirilməsi üçün dəstək hiss etdik. Bunu eşitmək çox xoş idi ki, Azərbaycan da Polşanı səmərəli əlaqə saxlamağa dəyən ölkə hesab edir. Azərbaycan kimi, Polşada da sabitlik bərqərar olub, hər iki ölkədə ümumi daxili məhsul artmaqdadır. Bütün bu amillər sayəsində davamlı perspektivlər üçün yaxşı şans yaranır”. Eljbeta Bodio Polşa-Azərbaycan qarşılıqlı əlaqələrinin səviyyəsinin artırılmasına yönəlmiş proqram çərçivəsində həyata keçiriləcək tədbirlər barədə söhbət açaraq deyib ki, bunun üçün azərbaycanlı sahibkarların Polşaya səfərləri təşkil ediləcək. O deyib: “Biz istərdik ki, tikinti materialları və qida məhsulları sənayesində çalışan sahibkarlarla əlaqə yaradaq. Bakıda keçirilmiş görüşlər zamanı bu qənaətə gəldik ki, bizim qarşılıqlı əlaqələrimiz üçün tikinti və nəqliyyatla yanaşı, bu sənaye sahələri də çox vacib və perspektivlidir”. Eljbeta Bodio bildirib ki, Polşa tərəfi qarşılıqlı faydalı əqdlər bağlanması, kontraktlar imzalanması, investisiya layihələrinin həyata keçirilməsi üçün bu proqramın gerçəkləşməsində maraqlıdır. Aqrar sahədə əməkdaşlıq perspektivləri mövzusuna da toxunan E.Bodio deyib: “Sizin yaratdığınız aqroparklar bizi çox maraqlandırır. Biz fermer təsərrüfatları üçün kənd təsərrüfatı avadanlığı, mini-texnologiyalar mübadiləsi haqda danışdıq. Bu, bizim birgə işləyəcəyimiz sahələrdən biri olacaq”. Departament direktorunun müavini bildirib ki, Polşa İqtisadiyyat Nazirliyi Bakıda Polşanın iqtisadi uğurlarına və potensialına həsr edilmiş geniş konfrans təşkil etmək niyyətindədir. O, söhbətin sonunda deyib: “Biz Azərbaycanı da Polşada öz potensialının təqdimat mərasimi - “Polşada Azərbaycan Günü” tədbiri keçirməyə dəvət edirik. Həmin tədbirdə Azərbaycanın iqtisadi imkanları nümayiş etdirilər, Azərbaycan xalqının mədəniyyəti barədə məlumat verilərdi. Dinamik inkişaf edən gözəl Bakı və Azərbaycan mətbəxi bizim hamımızı heyran etdi. Siz Polşada da öz möcüzəli milli mətbəxinizin təqdimat mərasimini keçirə bilərsiniz”.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22.05.2019
Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info