Gəncədə Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlər yeni mənzillərə köçürülür
Tarix: 17.12.2014 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Gəncə şəhər İcra Hakimiyyətinin məlumatına görə, tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şəhər və rayon rəsmiləri, Hacıkənd qəsəbəsində məskunlaşan qaçqın və köçkünlər iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dair genişmiqyaslı tədbirlərin icrasının uğurla davam etdirilməsindən, Gəncədə də bu istiqamətdə məqsədyönlü işlərin həyata keçirilməsindən söhbət açıb. Onun sözlərinə görə, Gəncə şəhərinin ərazisində 600 məcburi köçkün ailəsi üçün hər bir şəraiti olan ikinci yeni qəsəbə istifadəyə verilib. Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalıdan və Kəlbəcərdən olan məcburi köçkünlər yeni mənzillərə köçürülür. İcra başçısı köçürülmə ilə əlaqədar yaranmış problemlərinin aradan qaldırılması üçün hərtərəfli kömək göstəriləcəyini bildirib, yerindəcə müvafiq təşkilatlara tapşırıqlarını verib.
G.Fərhadov çıxışında qeyd edib ki, yeni qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və 50 yerlik uşaq bağçası tikilib. Məcburi köçkünlərin istəyi nəzərə alınaraq onların maldarlıqla məşğul olmaları üçün xüsusi ərazi ayrılıb. O, həmçinin diqqətə çatdırıb ki, köçürülmə ilə əlaqədar müvafiq komissiya yaradılıb. Qəsəbədə məskunlaşan qaçqın və köçkünlər - Telli İbrahimova, Hamlet Nəsibov, Zərifə Allahverdiyeva, Nübar İsmayılova, Həmid Abdullayev və başqaları ölkə başçısının səyləri nəticəsində tezliklə doğma yurdlarının düşmən işğalından azad olunacağını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info