Uruqvay XİN rəsmi Bakıya cavabında erməni yalanını ifşa edib
Tarix: 17.12.2014 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Rəsmi Bakı Uruqvay Xarici İşlər Nazirliyinə müraciət edib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “azbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin 8 dekabr tarixində Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında "Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?" sualına cavab olaraq Danilo Astori tərəfindən "Mənim ölkəm bu istiqamətdə işləyir", deməsi kimi məlumatlar yayılıb. Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.
H.Hacıyevin sözlərinə görə, bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb: "Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info