Binəqədi Mərkəzi Mədəniyyət Evi əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 17.12.2014 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Binəqədi Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılışı oldu. Tədbirdə mədəniyyət evinin direktoru Zivər Abbasova əsaslı təmir olunan mədəniyyət ocağı barədə ətraflı məlumat verdi. Z.Abbasova Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evinin binası 1901-ci ildə tikildiyini qeyd etdi. 1940-cı illərdən bu binada mədəniyyət evi ilə yanaşı, kitabxana da fəaliyyət göstərməyə başlayıb. Hazırda da Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ş.Qurbanov adına kütləvi kitabxanası bu binada fəaliyyət göstərir.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan mədəniyyət evi öz ənənələrinə sadiq qalaraq Azərbaycan mədəniyyətinin inkişafına yeni töhfələr verəcəyi vurğulandı.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ildə Bakının ətrafında yerləşən qəsəbələrdə 4 mədəniyyət evinin, son iki ildə isə təkcə Binəqədi rayonunda 3 musiqi məktəbinin açılışında iştirak etdiyini diqqətə çatdırdı.
Azərbaycan dövlətinin mədəni sahəyə diqqət və qayğısı sayəsində bu gün xalqımıza məxsus milli mənəvi dəyərlər bütün dünyada təbliğ edildiyi vurğulandı. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə respublikamızda mədəniyyət məktəbləri, mədəniyyət ocaqları əsaslı təmir olunaraq istifadəyə verilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışdı. RIH başçısı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələrin reallaşdırıldığını qeyd etdi.
Sonra tədbir iştirakçıları mədəniyyət evi ilə yaxından tanış oldular.
Burada yaradıcı gənclərin hərtərəfli inkişafı naminə hər cür şərait yaradılıb və mədəniyyət evi müasir avadanlıqla təchiz olunub.
Sonda mərkəzin nəzdində fəaliyyət göstərən kollektivlərin ifasında təqdim olunan musiqi proqramı isə böyük maraqla qarşılandı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info