XİN: “Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”
Tarix: 17.12.2014 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycan Respublikası 16 dekabr tarixində Pakistanın Peşavər vilayətindəki məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumunu qəti şəkildə pisləyir:
“Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorçuluqdan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsasında terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info