İhsan Uğur Delikanlı: “QDTİB Azərbaycanın inkişafında əhəmiyyətli olan layihələri dəstəkləyir”
Tarix: 17.12.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini qeyd edib. Bildirilib ki, QDTİB Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və ölkəmizdə bir sıra layihələri maliyyələşdirib. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev son 10 ildə ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini bildirmiş, qeyri-neft sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb. QDTİB-in 2015-2018-ci illər üzrə strategiyasında ölkəmizdəki fəaliyyət istiqamətlərinin müəyyənlşdirilməsi baxımından Azərbaycanın inkişaf prioritetlərinin nəzərə alması məqsədəuyğundur. Nazir Şahin Mustafayev 2015-ci il üçün Azərbaycan iqtisadiyyatına dair proqnozları Bank nümayəndələrinin diqqətinə çatdırmış, sənaye, İKT, kənd təsərrüfatı, aqroparkların yaradılması, məişət tullantılarının təkrar emalı və sənaye parkları sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb. Cənab Delikanlı QDTİB-in Azərbaycanın inkişafında əhəmiyyətli olan layihələri dəstəklədiyini, hazırda daha iki layihəyə kredit ayrılması məsələsinin nəzərdən keçirildiyini bildirib.
Görüşdə QDTİB-lə əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info