Azərbaycan multikultural mühitin kök saldığı bir ölkədir
Tarix: 17.12.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


İtaliyanın “İl Giornale” xəbər portalı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı Kamal Abdullayevin müsahibəsini yayıb. K.Abdullayev müsahibəsində “Yarımçıq əlyazma” romanından, Azərbaycanda mövcud olan multikulturalizm ənənələrindən və digər məqamlardan danışıb. Diqqətə çatdırıb ki, bu əsərin İtaliyada çox böyük maraqla qarşılanmasının əsas səbəblərindən biri Azərbaycan və İtaliya xalqlarının qədim dövrlərdə yaşamış qəhrəmanları, mifik obrazları arasında oxşarlıqların olması ilə bağlıdır. K.Abdullayev deyib: “Bu əsərdə “Kitabi-Dədə Qorqud” eposunun əsas obrazlarının, Azərbaycan xalqının böyük hörmət və sevgi bəslədiyi qəhrəmanların həyat tərzi, ənənələri, hissləri, sevgisi, dostluğu və digər xüsusiyyətləri əks olunub. Romanda “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsi təqdim edilib”.
Azərbaycanın multikultural mühitin kök saldığı bir ölkə olduğunu deyən Dövlət müşaviri burada müxtəlif dinlərin nümayəndələrinin, etnik azlıqların sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb: “Ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Lakin bölgədə cərəyan edən bu mənfi prosesə baxmayaraq, biz multikulturalizm siyasətini həyata keçirməyə və təbliğ etməyə davam edirik. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, müasir dünyada multikulturalizmin alternativi yoxdur”.
K.Abdullayev qeyd edib ki, Azərbaycan enerji sektorunun sürətlə inkişaf etdiyi bir ölkədir. Bununla belə, ölkəmizdə “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində mühüm işlər görülür. Neftdən gələn gəlirlər əhalinin rifah halının yüksəlməsinə sərf olunur: “Biz öz zənginliyimizi eyni zamanda digərlərinə kömək etmək üçün istifadə edirik. Azərbaycan tərəfindən bir sıra ölkələrdə humanitar və mədəni layihələr həyata keçirilir. Bütün bunlar bizim digər xalqlara və dinlərə necə hörmətlə yanaşdığımızı göstərir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info