Belarus Bakıda dəmir yolları infrastrukturunu layihələndirməyi planlaşdırır
Tarix: 17.12.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Belarusun "Beljeldorproyekt" institutu Azərbaycanın dəmir yolları üçün infrastrukturun layihələndirilməsində iştirak etməyi planlaşdırır. Bunu jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. Onun sözlərinə görə, Belarus və Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişafının vacib istiqaməti artıq tikinti sahəsində birgə layihələrin realllaşdırılması olub: "2013-cü ilin sonunda Belarus inşaatçıları İsmayıllı rayonunda məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması işini başa çatdırıblar. Belarusun layihə təşkilatları Azərbaycanın müvafiq təşkilatları ilə fəal əməkdaşlıq edirlər.
N.Patskeviç qeyd edib ki, 2014-cü ildə Belarusun "BelNİİPqradostroitelstva" layihə institutu Qobu qəsəbəsinin baş planının işlənməsinə başlayıb.
Diplomat əlavə edib ki, gələcək il üçün Azərbaycan və Belarus arasında Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqqozuncu iclasının keçirilməsi planlaşdırılıb: "İclasın Minskdə keçirilməsi nəzərdə tutulur. İclasda tərəflər ticari-iqtisadi əlaqələrin inkişaf məsələlərini və iki ölkənin gələcək əməkdaşlığının yeni perspektivli sahələrini müzakirə edəcəklər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info