Azərbaycan Polad İstehsalı Kompleksi təcrübəli kadrlarla təmin ediləcək
Tarix: 17.12.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan Polad İstehsalı Kompleksi” (APİK) Qapalı Səhmdar Cəmiyyətində (QSC) müasir tələblərə cavab verən Tədris Mərkəzi fəaliyyət göstərəcək. Əməkdaşlarımızın xarici ölkələrə ixtisasartırma kurslarına göndərilməsi, təcrübəli ekspertlərin dəvət olunması, təcrübə mübadiləsinin aparılması prioritet məqsədlərimizdəndir. Bu barədə QSC sədrinin müavini vəzifəsini icra edən Elşən Cəfərov bildirib ki, APİK-i həm idarəetmə səviyyəsində, həm də istehsalat prosesinin hər bir mərhələsində peşəkar kadrlarla təmin edəcəklər: “Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərə yiyələnməsi, peşəkar kadrların hazırlanması üçün APİK-lə Təhsil Nazirliyi arasında xüsusi memorandum imzalanıb. Memorandum çərçivəsində APİK-ə metallurgiya üzrə mütəxəssislərin yetişdirilməsi, tələbələrlə görüşlərin təşkili və təhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulub”.
Sədr müavini qeyd edib ki, kompleksin fəaliyyəti çərçivəsində elmi tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiqi məsələlərinin birgə icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə danışıqlar aparılır: “Azərbaycanda ağır metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddət ərzində ölkənin qeyri-neft sektorunun aparıcı seqmentlərindən birinə çevrilməsi qarşımıza qoyulmuş başlıca vəzifədir. Azərbaycan Polad İstehsalı Kompleksi bu vəzifənin icrasının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info