Uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələdir
Tarix: 17.12.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə dekabrın 17-də Bakıda keçirdiyi II milli konfransda “Uşaqlara qarşı məişət zorakılığının profilaktikası və zərər çəkmişlərin tibbi-psixoloji, sosial və hüquqi reabilitasiyası” mövzusu müzakirə olunub.
Tədbirdə çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Sədaqət Vəliyeva mövzunun aktuallığını vurğulayıblar. Bildirilib ki, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Onlara qarşı hər bir zorakılıq halları cəmiyyət tərəfindən mənfi qarşılanır. Son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkəsində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Qeyd olunub ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdəndir. UNICEF-in dəstəyi ilə 2008-ci ildə Ombudsman Aparatı tərəfindən dövlət uşaq müəssisələrində uşaqlara qarşı zorakılığın vəziyyətinə dair tədqiqat, ötən il isə AQUPDK tərəfindən “Azərbaycanda uşaq müdafiə sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlili” aparılıb.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə məişət zorakılığına məruz qalmış uşaqların cəmiyyətə inteqrasiyası, uşaqlara qarşı məişət zorakılığının erkən aşkar edilməsində və müalicəsində səhiyyə işçilərinin rolu, məişət zorakılığının qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info