Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunan “Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər“ kitabı nəşr olunub
Tarix: 17.12.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunan "Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" kitabı çapdan çıxıb. Kitab nəşrə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Dövlət və Hüquq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Heydər Əliyev Fondu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən hazırlanıb. "Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" Forumunun materialları əsasında nəşr olunan kitaba ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva yazıb.
Leyla Əliyeva öz sözdə bu kitabın Azərbaycan, Rusiya, Qazaxıstan və bir sıra ölkələrin elm adamlarının dialoq mədəniyyəti, onun çoxmənalılığı, qloballaşma dövründəki dinamikası haqqındakı müzakirələrinin və fikirlərinin yekunu olduğunu bildirib: "Heydər Əliyev ölkənin uğurlu inkişafı üçün beynəlxalq əməkdaşlığın lazım olduğunu yaxşı anlayırdı. O, Rusiya və keçmiş Sovetlər İttifaqının digər ölkələri ilə mehriban qonşuluq münasibətində olmağın vacibliyini qeyd edirdi. Heydər Əliyev əmin idi ki, milli mədəniyyətin inkişafı dünya irsinin ən yaxşılarını mənimsəməklə sıx bağlıdır. Ona görə də Azərbaycan bu gün dünyanın ən tolerant ölkəsi olaraq qalır, müxtəlif dinlərdən, dillərdən və adət-ənənələrdən olan insanlar buranı öz evi hesab edir.
Heydər Əliyev əmin idi ki, elmin inkişafı cəmiyyət üçün önəmlidir. O, həyatı boyu bu əminliyi özündə daşıyıb. Heydər Əliyev hesab edirdi ki, elm adamları özünə qarşı xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir. Bu baxımdan onun Azərbaycan Milli Elmlər Akademiyasını millətin əsas və qiymətsiz irsi kimi qoruyub saxlamasının ölkənin gələcəyi üçün vacibliyini göstərmək olar. Bu gün Heydər Əliyev bizimlə deyil. Lakin onun işləri və ideyaları yaşayır. Bu il 10 illiyini qeyd edən Heydər Əliyev Fondu var. Fond Azərbaycan xalqının ümummilli liderinin bütün təşəbbüslərini uğurla həyata keçirməyi davam etdirir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info