Ramil Həsənov: “Türk dünyasının ortaq tarix kitabı hazırdır“
Tarix: 17.12.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


"Türk dünyasının ortaq tarix kitabı hazırdır". Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib. “May ayında nazirlər kitabın son variantını təsdiqləyəck. Dövlət başçılarının və parlamentlərin təsdiqindən sonra kitab 2016-cı ildən etibarən 8-ci siniflərdə tədris olunmağa başlayacaq” - deyə o bildirib. Quruma üzvlük məsələsinə toxunan baş katib Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq istəyən ölkənin dövlət dillərindən birininin türk dili olmasının vacib şərt olduğunu qeyd edib: “Qurumun qonaq və müşahidəçi üzv statusları var. Bölgə və bölgə xaricindəki dövlətlər də bu statusları qazanaraq bizimlə əməkdaşlıq edə bilərlər. Məsələn, Macarıstan quruma potensial üzv sayıla bilər". Baş katib Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının “Qardaş Limanlar” layihəsi üzərində işlədiyi barədə məlumat verib: “Xəzərdə Türkmənbaşı və Aktau limanlarından Bakıya gətirilən mallar dəmiryolu vasitəsilə Samsun limanına çatdırılacaq. Samsun dünyaya açılan qapımız olacaq”.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Paris, Berlin, Vaşinqton və Kiyevdə diaspor mərkəzlərinin yaradılacağını vurğulayıb. O, ilk diaspor mərkəzinin dekabrın 24-də Kiyevdə açılacağını bildirib.
Ramil Həsənov yaxın 2 il ərzində ortaq telekanalın açılacağını da deyib: “Quruma üzv ölkələrin ortaq telekanalının açılması üçün fəaliyyətimizi davam etdiririk. 2 il ərzində yayına başlamağı planlaşdırırıq”. O, şuraya üzv ölkələrin Avropa İnkişaf Agentliyinə bənzər ortaq investisiya fondunun yaradılması istiqamətində işlərin davam etdirildiyini və bunun 2016-cı ildə həyata keçirilməsinin hədəfləndiyini söyləyib.
Baş katib üzv ölkələrin 15 universitetinin bir araya gələrək qurduqları universitetlərarası birliyin Avropadakı “Erasmus” İnkişaf Proqramına bənzəyən bir proqram hazırladığını qeyd edib: "Buna "Orxon Prosesi" adını verdik. Hazırda təxminən 200 şagird bu proqramdan faydalanır. Ancaq bu say sürətlə artacaq. “Orxon Prosesi” çərçivəsində üzv ölkələr arasında diplomların qarşılıqlı tanınması təmin ediləcək".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info