Sahib Alıyev: “Ermənistandakı qara qüvvələri bilmək üçün Sərkisyan və komandasının güzgüyə baxması yetər”
Tarix: 17.12.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Millət vəkili Sahib Alıyev Ermənistanda baş verən kütləvi insan haqları pozuntuları və beynəlxalq qurumların bu pozuntulara reaksiyası məsələsi ilə bağlı bizə açıqlama verib. Ermənistanda müxalifətə qarşı sərt basqılar olduğunu bildirən millət vəkili belə dedi: “Qərbdəki bəlli çevrələr insan haqları məsələsinə yanaşmada da etdikləri tərəfkeşliyin artıq özlərinə qarşı işlədiyinin fərqində olduqlarındanmı, ya nədənsə axır ki, Ermənistanda müxalifətçilərin üzləşdikləri basqıdan narahatlıqlarını da dilə gətirdilər. Serj Sərkisyanın komandasındakıların cavabları nə olsa yaxşıdır? Onlar bildirblər ki, müxalifətçilərin maşınlarının yandırılmasını və onların döyülərək xəstəxanalara salınmasını ölkədən kənardakı qara qüvvələr təşkil edir.
Doğurdan da, elədir, bu, qara qüvvələrin işidir. O qüvvələrin ki, 2008-ci ilin martında seçkilərin saxtalaşdırılmasına qarşı çıxan 10 nəfəri güllələtmişdi və daha sonra da buna bənzər bir sıra olaylar törədib. Amma həmin qara qüvvələri niyə Ermənistandan qıraqda axtarırlar bu anlaşılmır. Onların kimliyini bilmək istəyirlərsə, Serj Sərkisyan və komandasındakıların güzgüyə baxmaları yetərlidir”.
Doğrudan da Ermənistanda indiyə qədər bu qədər insan haqları pozuntuları, seçkilərdə və seçkilər ərəfəsi kütləvi qətl, terror və həbs faktları, insanların ən elementar hüquqlarının hər gün pozulması ilə bağlı faktlar nədənsə həmişə, Qərb qurumları və beynəlxalq təşkilatları tərəfindən “görülməyib”. İnsan haqları ilə bağlı xarici qurumlar belə hallarda Ermənistana qarşı hər hansı kəskin bəyanatlardan yayınırlar və bu ölkənin repressiv rejiminə qarşı hər hansı iradlarla çıxış etmirlər. Halbuki Azərbaycanda konkret cinayət tərkibli əməlinə görə saxlanılan şəxslərə görə, bu cür qurumlar kəskin bəyanatlarla çıxış edirlər. Belə hallar araşdırılanda, həmin şəxslərin hər hansı ictimai aktivliyi yox, sırf qanunvericiliyi və Cinayət Məcəlləsini pozması üzündən məsuliyyətə cəlb edildiyi üzə çıxır. Qərbin belə qalmaqallı və cəmiyyət üçün xəta törədən şəxslərə qahmar çıxması və onları müdafiə etməsi isə sırf antiazərbaycan xarakterli fəaliyyətdir. Burada bir daha onların müstəqil milli inkişaf yolu tutan Azərbaycana qısqanclıqdan doğan ikili standartlarla yanaşmaları faktı üzə çıxır...
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info