Şura komitə ilə əməkdaşlıq memorandumu imzaladı
Tarix: 17.12.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfrans keçirildi. Dövlət himninin oxunmasından sonra konfransı açan DQİDK-nin sədri Mubariz Qurbanli dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu və Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib. Ölkəmizdə müxtəlif dini konfensiyaların azad şəkildə fəaliyyət göstərdiyini bildirən komitə sədri “din əbasına bürünən qaranlıq niyyətli müxtəlif dairələrin siyasi məqsədlərinin” həyata keçməsinə imkan verilməməsi üçün dövlətin dini icmalar və vətəndaş cəmiyyəti inistitutları ilə yaxından əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Konfransda çıxış edən şura sədri, millət vəkili Azay Quliyev keçirilən toplantının dövlət-din və cəmiyyət münasibətlərinin tənzimlənməsində mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Şura sədri ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, cəmiyyət həyatının dindən kənar olmadığını dedi. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi sabitliyin və dini tolerantlığın mövcud olduğunu deyən Azay Quliyev, bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti inistitutlarının böyük potensiala malik olduğunu və konfransın bu imkandan səmərəli istifadə etmək məqsədi ilə keçirildiyini bildirdi. Bir çox beynəlxalq media qurumlarının İŞİD terror quruplaşmasını dünyaya İslam dövləti kimi təqdim etməsinin islam dininə və tolerantlığa zərbə vurduğunu deyən Azay Quliyev din adı altında cəmiyyətimizə daxil olmağa çalışan radikal qruplara qarşı mübarizədə yalnız inzibati resurların yetərli olmadığını, hər bir vətəndaşın bu işdə fəallığının vacibliyini vurğuladı.
Şura sədri dini icmalarla QHT-lərin daha yaxından iş birliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını da qeyd etdi.
Toplantıda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nin cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd etdi. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında dini maarifçilik işini günün tələbləri səviyyəsində təşkil edə biləcək kadr potensialının olduğunu deyən Bahar Muradova mövcud problemlərin həllinin çoxtərəfli əməkdaşlıqdan keçdiyini bildirdi.
Konfransda məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin aparatının rəhbəri Simnar Həsənov, DQİDK-nin şöbə müdiri Nicat Məmmədli Azərbaycanda dövlət-din münasibətlərinin müvafiq qanunvericiliyə və qarşılıqlı hörmətə əsaslandığını, dünyada mövcud olan etnik-dini konfliktlərin ölkəmizə də ayaq açmasında maraqlı olan qüvvələrin niyyətlərinin qarşısının cəmiyyətimizin bütün təbəqələrinin birgə səyləri nəticəsində alındığını bildirdilər.
Rauf Zeyni, Rəna Mirzəzadə, Vüqar Qədirov, Sahib Məmmədov, Niyaməddin Orduxanlı, İndira Şəmsivari, İradə Əliyeva və digər QHT rəhbərləri, Hacı İlham və başqa dini icma rəhbərləri konfransda çıxış edərək iki dövlət qurumu tərəfindən vətəndaş cəmiyyəti inistitutları ilə dini icmaların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılan addımı dəstəklədiklərini və bunun real nəticələrinin olacağını dedilər.
Toplantının sonunda Şura sədri Azay Quliyev və DQİDK-nin sədri Mübariz Qurbanlı iki qurum arasında əməkdaşlıq memorandumu imzaladılar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info