Gələn ildən AMEA-nın illik hesabatlarının hazırlanmasında yeni sistem tətbiq olunacaq
Tarix: 17.12.2014 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik hesabatlarının hazırlanmasında yeni sistem tətbiq olunacaq. AMEA prezidenti Akif Әlizadə akademiyanın Direktorlar Şurasının keçirdiyi iclasda bildirib ki, institutlar və elmi-tədqiqat müəssisələri artıq il ərzində iki dəfə hesabat verəcəklər. Bununla bağlı AMEA tərəfindən sərəncamın olacağını deyən A.Əlizadə qeyd edib ki, hər bir hesabat 6 ayı əhatə edəcək. Onun sözlərinə görə, hesabatın birinci yarımilliyi iyunda, digər yarımillik isə dekabrda əldə olunacaq. AMEA prezidenti qeyd edib ki, artıq AMEA müəssisələrinin Rəyasət Heyəti qarşısında hesabat verməsi sistemi də dəyişdirilməli, bu iş müvafiq bölmələrə həvalə edilməlidir.
Akademiya prezidenti institutlar tərəfindən təqdim olunan hesabatlar barədə bəzi narazılıqlarını da bildirib: “Hazırda institutların illik hesabatları formal olur. Bir çox hallarda isə hesabatlara - elmi nəticələrin müzakirəsinə kifayət qədər vaxt ayrılmır. Xarici ölkələrdə isə hesabatlara həftələr ayrılır. Bizdə də institut direktorları özləri tərəfindən bir qrafik müəyyənləşdirilə bilərlər. Düşünürəm ki, əgər illik hesabatlar ildə iki dəfə hazırlanaraq təqdim olunarsa, bu işin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info