Zquladze Ukrayna daxili işlər nazirinin 1-ci müavini təyin olunub
Tarix: 17.12.2014 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Gürcüstanlı Yekaterina (Eka) Zquladze Ukrayna daxili işlər nazirinin birinci müavini təyin olunub. Qərar Ukrayna Nazirlər Kabinetinin dünən keçirilən iclasında qəbul edilib. Y. Zquladze bu vəzifəni qəbul etməsinin avantüra deyil, şüurlu seçim olduğunu bildirib. O, DİN sistemində aparılacaq islahatlara rəhbərlik edəcək.
Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko Y. Zquladzeyə Ukrayna vətəndaşlığının verilməsi haqda fərman imzalayıb və ona Ukrayna pasportu təqdim edib. Zquladze 1978-ci ildə Tbilisidə doğulub. ABŞ-ın Oklahoma Universitetinin kollecində hüquq təhsili alıb. 2004-2005-ci və 2006-2012-ci illərdə Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci il sentyabrın 19-dan oktyabrın 25-nə qədər nazir vəzifəsini icra edib. İlk nikahı boşanma ilə nəticələnib. Hazırda tanınmış fransalı publisist-yazar Andre Qlüksmanın oğlu Rafael Qlüksman ilə evlidir, bir oğlu var.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info