Rublun zəifləməsi Avropa İttifaqı ölkələrinə də mənfi təsir göstərəcək
Tarix: 18.12.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Dollara və avroya nisbətdə rublun qiymətinin kəskin ucuzlaşması Çexiya, Slovakiya və ümumilikdə Avropa İttifaqının (Aİ) iqtisadiyyatına mənfi təsir göstərəcək”. Bu fikri Bratislava şəhərində yerləşən Pan-Avropa universitetinin aparıcı eksperti Vladimir Baçişin səsləndirib.
TASS informasiya agentliyi xəbər verir ki, ekspertin fikrincə, Aİ artıq öz üzərində Rusiya əleyhinə sanksiyalarla bağlı bu ölkəyə xidmət və məhsul ixracının azaldılmasının mənfi təsirini hiss edir. Rusiya Federasiyasındakı tərəfdaşlarının maliyyə vəziyyətinin pisləşməsi isə vəziyyəti bir qədər də çətinləşdirə bilər.

Yeni il qabağı rublun kəskin
zəifləməsi Aİ-nin turist sektorunda özünü daha qabarıq göstərəcək


Yeni il qabağı rublun kəskin zəifləməsi Aİ-nin turist sektorunda özünü daha qabarıq göstərəcək. Belə ki, Rusiya vətəndaşları otellərdəki bronlardan, istirahət evlərinə, sanatoriyalara göndərişlərdən kütləvi şəkildə imtina edirlər. Rusiyanın maliyyə sektorundakı qeyri-sabitliyin onun avropalı tərəfdaşlarına da mənfi təsir edəcəyini deyən Çexiya İqtisadi Palatasının prezidenti Vladimir Dlouqi bu təsirə ilk növbədə Rusiya bazarında aktiv fəaliyyət göstərən Qərbi Avropa banklarının və ixracatçı müəssisələrin məruz qalacağını bildirib.

Vladimir Dlouqi: “Bu təsirə ilk növbədə Rusiya
bazarında aktiv fəaliyyət göstərən Qərbi Avropa bankları və ixracatçı müəssisələri məruz qalacaq”


Çexiyanın MDB ölkələri üzrə Ticarət Palatasının icraçı direktoru Frantişek Mosopoust isə rublun ucuzlaşması ilə əlaqədar Rusiyanın məhsulların və xidmətin hesabını ödəməkdə çətinlik çəkə biləcəyini və bir çox müştərək layihələrin həyata keçirilməsində problemlər yaranacağını qeyd edib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info