Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası başlayıb
Tarix: 18.12.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin nümayəndələrinin iştirak etdikləri tədbiri xarici işlər naziri Elmar Məmmədyarov açıb. Bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu il ölkəmizdə UNESCO üzrə Milli komissiyanın yaradılmasının 20 illiyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası da Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur. 20 ildir ki ölkəmiz UNESCO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.
İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. Azərbaycanın UNESCO ilə ən vacib istiqamətlərdə sıx əməkdaşlıq etdiyini deyən natiq ölkəmizin bu sahədə bütün konvensiyalara qoşulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün ən mühüm məkana çevrilib. Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dünyanın nüfuzlu təşkilatlarının rəhbərləri, həmçinin Nobel mükafatçıları iştirak edirlər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə də nüfuzlu qurumlar təmsil olunurlar. Sevinirik ki, eyni qədim tarixə, kökə mədəniyyətə malik olan xalqlarımız bir-birinə yaxınlaşır. Bu işdə türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da müvafiq istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcək. Vurğulanıb ki, Azərbaycan-UNESCO əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusilə diqqətəlayiqdir.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsein Kaseinov bu tədbirin Bakıda keçirilməsini məmnunluq hissi ilə qeyd edib. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən D.Kaseinov TÜRKSOY-un fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirib. Vurğulayıb ki, bu təşkilatın fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. İki gün davam edəcək iclasda aparılacaq müzakirələr müvafiq sahədə əməkdaşlığa öz töhfəsini verəcək.
Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfinə xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digərlərinin çıxışlarında ölkəmizin UNESCO-nun tədbirlərində fəal təmsil olunmasından söhbət açılıb və iclasın işinə uğurlar arzulanıb.
Dekabrın 19-dək davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa” keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info