“ASAN xidmət“ beynəlxalq dərəcəli sertifikata layiq görülüb
Tarix: 18.12.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən bildiriblər ki, dekabrın 15-də Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.
Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların effektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək Dövlət Agentliyinin və Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.
Dövlət Agentliyi və mövcud “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini davamlı olaraq təkmilləşdirərək OHSAS 18001:2007 standartına uyğunlaşdırmaq yolunda mühüm addımlar atıb.
Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzində beynəlxalq standartlara uyğun yaradılan İdarəetmə Sisteminin hüquqi və praktiki əsasları Azərbaycan Respublikasının Prezidentinin Fərmanlarında təsbit olunmuş öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə və nəticədə vətəndaş məmnunluğuna nail olunmasına yönəlib. Standart, həmçinin, 10 dövlət orqanı tərəfindən «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunması və daim təkmilləşdirilməsini rəhbər tutur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi «ASAN xidmət» mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və mütəmadi olaraq artırılması istiqamətində bu il fevralın 19-da İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata da layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info