Metroya giriş gecə saat 1-ə kimi uzadılacaq
Tarix: 18.12.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Yeni il gecəsi “Bakı Metropoliteni”nə giriş vaxtı 1 saat artırılacaq. Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 1-nə keçən gecə “Bakı Metropoliteni”nə giriş vaxt 1 saat uzadılacaq: “Normalda ənənəyə uyğun olaraq bayram günləri metronun iş rejimində dəyişiklik edilir. Belə ki, adi günlərdə sərnişinlərin metroya giriş vaxtı gecə saat 00:00-da bitir. Həmin gecə isə bayram münasibətilə giriş gecə saat 1-ə kimi uzadılacaq”.
N.Paşayev onu da əlavə edib ki, bu müddətin daha da uzadılması istisna edilmir: “Dövlət səviyyəsində hər hansı böyük bir tədbir keçirilərsə və Bakı Metropoliteninə iş rejiminin uzadılması ilə bağlı əlavə təklif olarsa, bu müddət daha da artırıla bilər. Amma faktiki olaraq bayram gecəsi metroya giriş-çıxış vaxtının hələlik 1 saat uzadılması nəzərdə tutulur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info