“La Reppublica”: “Qarabağ” bütün dünyanın rəğbətini qazandı”
Tarix: 18.12.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


“Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də “Qarabağ”ı dəstəkləyirlər”

İtaliyanın “La Reppublica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubunun İtaliyanın “İnter” komandası ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı yerləşdirilib.
Yazıda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin “Qarabağ” klubu son matçında İtaliyanın “İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan “Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.
Məqalədə Ağdam şəhərinin 1990-cı illərdə ermənilər tərəfindən işğal olunaraq dağıntılara məruz qalması qeyd edilir. Bildirilir ki, “Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.
Müəllif diqqətə çatdırır ki, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın “İnter” komandasını qəbul edən Azərbaycan çempionu “Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması təkcə azərbaycanlı futbolsevərlər tərəfindən deyil, bütün idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb: “Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb. Klub haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də “Qarabağ”ı dəstəkləyirlər. “Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info