“Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”
Tarix: 18.12.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Türkdilli ölkələrin xalqları arasında mədəni bağların möhkəmləndirilməsi üçün peşəkar tərcüməçilərin yetişdirilməsinə ehtiyac var. Biz gərək bir-birimizin dilini öyrənək və cəmiyyətlərimizin türkdilli ölkələrin mədəniyyəti və ictimai həyatı barədə davamlı məlumatlanması üçün addımlar ataq”. Bunu Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov TÜRKSOY Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclasında bildirib. “Qazaxıstan prezidenti Nursultan Nazarbayev təklif edib ki, türkdilli ölkələrin KİV-ləri arasında əlaqələri möhkəmlətmək və koordinasiyanın təşkili üçün vahid media mərkəzi yaradılsın. Hazırda bu istiqamətdə iş gedir. Lakin biz birlikdə çox nailiyyətlər qazanmışıq. Beynəlxalq Türk Akademiyasının yaradılması və mərkəzi ofisi Bakıda yerləşəcək Türk Ümumi Mədəni İrsinin Qorunması Fondunun təsis olunması xalqlarımızın qardaşlıq əlaqələrini daha da möhkəmlədəcək. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, hazırkı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva türk dünyasının yaxınlaşması, mədəni irsinin qorunması istiqamətində ciddi addımlar atıblar. Türkdilli ölkələrin UNESCO-dakı əməkdaşlığı da diqqəti çəkir”, - deyə TürkPA-nın baş katibi qeyd edib.
TürkPA-nın daha da güclənməsinin vacibliyinə toxunan J.Asanov xatırladıb ki, bu ildən Azərbaycan assambleyada sədrliyi qəbul edib: “TürkPA-nın fəaliyyətində müsbət dəyişikliklərin olacağına inanırıq. Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info