Səlim Müslümov Yevlax rayonunda 5 rayon və şəhərin sakinləri ilə görüşüb
Tarix: 18.12.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərindəki çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq Azərbaycan Respublikasının ərazü bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşununu müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün sənədləşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə bu prosesə start verilməsi nəzərdə tutulur. 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslər qarşıdakı 4 il ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunacaqlar. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də Yevlax rayonunda, bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edərkən məlumat verib. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən aparılan bu işlər çərçivəsində hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edildiyi də bildirilib.
Qəbul zamanı müraciətlər əsasən mənzil və minik avtomobilləri, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Əmək hüquqlarının təminatı, ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib.
S.Müslümov nəzərə çatdırıb ki, cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir və 2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək. Nazir bildirib ki, ümumiyyətlə, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas əhali kateqoriyalarının sosial müdafiəsinin aktiv vasitələrlə dəstəklənməsi, onların səmərəli məşğulluğunun təmin olunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yönündə də fəaliyyət gücləndiriləcək.
Qəbulda S.Müslümov hər bir müraciətdə əksini tapan məsələlərin diqqətlə araşdırılması və ədalətli həlli ilə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Həmçinin nazir tərəfindən verilən müvafiq göstərişlərə əsasən, ayrı-ayrı vətəndaşların reabilitasiya vasitələri, məşğulluqlarının təminatı, nazirliyin bərpa mərkəzlərində müalicə kursuna qəbul edilmə, peşə hazırlığına cəlb olunma və s. üzrə müraciətləri elə yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info