“8,4 trilyon rubl həcmində olan ehtiyatlar bütün sosial öhdəlikləri icra etməyə imkan verəcək”
Tarix: 18.12.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“Rusiyaya böhrandan çıxmaq üçün ən pis halda iki il vaxt lazım olacaq”. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatındakı hazırkı vəziyyət hər şeydən əvvəl xarici amillərlə əlaqəlidir.
V.Putin, həmçinin ümid etdiyini bildirib ki, xarici valyutaların məzənnələrinin azalması və rublun möhkəmlənməsi tendensiyası qorunacaq: "Ölkə iqtisadiyyatında vəziyyət pisləşsə, planlarda düzəlişlər etmək lazım olacaq". Prezident əlavə edib ki, Rusiyanın 8,4 trilyon rubl həcmində olan ehtiyatları bütün sosial öhdəlikləri icra etməyə imkan verəcək.
Onun sözlərinə əsasən, böhran vəziyyətinin həll edilməsi zamanı Mərkəzi Bank və hökumətin fəaliyyəti kollektiv və düşünülmüş, lakin bir-birinin səlahiyyətinə müdaxilə etmədən olmalıdır: "Bununla yanaşı, benzin və qida məhsullarının qiymətlərinin artmasına nəzarət etmək, hər gün istehsalçılarla görüşmək lazımdır".
Xarici əlaqələrə gəlincə, Putin bildirib: "Tərəfdaşlarımız qərara gəliblər ki, onlar imperiyadır, qalanları isə sıxışdırılmalı olan vassallardır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info