D.Kıdıralı: “Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı genişmiqyaslı silsilə tədbirlər keçirək“
Tarix: 18.12.2014 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Türkdilli ölkələr miqyasında Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı 2015-ci ildə geniş silsilə tədbirlər keçirmək təklif olunub. Bu təklifi Beynəlxalq Türk Akademiyasının prezidenti Derhan Kıdıralı səsləndirib: “Qarabağ hadisələri ilə bağlı geniş tədbirlərin keçirilməsinə, dünya ictimaiyyətinin məlumatlandırılmasına ehtiyac var. Xüsusilə, Türk dünyasında bu istiqamətdə ciddi addımlar ata bilərik. Təklif edirəm ki, gələn il türkdilli ölkələr miqyasında Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı genişmiqyaslı silsilə tədbirlər keçirək. Azərbaycan tərəfindən hər hansı təkliflər olsa, biz bu istiqamətdə çalışmağa hazırıq”. O, Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının yaradılması və fəaliyyətində Azərbaycanın müstəsna rolu olduğunu qeyd edib: “Azərbaycan tərəfdən daim dəstək hiss edirik. Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlığımız var. İnanıram ki, Türk Mədəni İrsinin Qorunması Fondu ilə birlikdə böyük işlər görə biləcəyik. Türk Beynəlxalq Akademiyası yeni yaradılsa da, çox ciddi şəkildə çalışır, türk xalqlarının mədəni irsinin qorunması və təbliğində xidmət göstərir. Akademiyanın yanında Türk Xalqları Muzeyi yaradılıb. Altayda tapılmış 8-ci əsr Göytürklər dövrünə aid qopuzu bərpa etmişik. Bu qopuz əsasında Dədə Qorqudun qopuzunun da necə olduğunu bilirik. Həmin qopuz Parisdə nümayiş olunacaq. Türk mədəni irsinin Avropaya və dünyaya çıxması istiqamətində bu və digər istiqamətdə işlərimizi davam etdiririk”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info