Özbəkistan saytında “Azərbaycan xalqının müdrik lideri” adlı məqalə
Tarix: 18.12.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Daşkənddəki “silkway.uz” saytı ulu öndər Heydər Əliyev haqqında rus dilində “Azərbaycan xalqının müdrik lideri” adlı geniş material verib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan məqalədə Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrindən, ümummilli lider Heydər Əliyevlə Özbəkistan prezidenti İslam Kərimovun dostluğundan söhbət açılır.
Materialda qeyd olunur ki, bu gün də ölkələr arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Daşkəndə böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda isə özbək şairi Əlişir Nəvainin abidələrinin açılması buna gözəl sübutdur. Daşkənd Dövlət Pedaqoji Universiteti yarandığı 1947-ci ildən etibarən böyük şair Nizami Gəncəvinin adını daşıyır.
Yazıda Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri, həmçinin müstəqil Azərbaycanın lideri kimi fəaliyyəti də geniş şərh edilir. Vurğulanır ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan xalqının yaddaşında öz işinin professionalı, təcrübəli təşkilatçı, böyük siyasi düşüncə sahibi, müdrik rəhbər kimi qalıb. Heydər Əliyev fenomeni sabit iqtisadi-sosial inkişaf və milli birlikdir.
Məqalədə Ulu Öndərin memarı olduğu Azərbaycanın neft strategiyasından, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən də bəhs olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info