Hüseyn Avni: “Daim Azərbaycanla birlikdə hərəkər etməyə hazırıq”
Tarix: 18.12.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Ümid edirəm ki, Ermənistanın UNESCO-dakı nümayəndəliyi Azərbaycan tərəfinin böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”.
Bunu Türkiyənin UNESCO-dakı nümayəndəsi Hüseyn Avni Botsalı deyib.
O qeyd edib ki, Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Azərbaycan və Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu qabardıb: “Ümumiyyətlə, Azərbaycan və Türkiyənin UNESCO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşirlər. İstənilən təxribatın qarşısını birlikdə ala bilirik. UNESCO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər – təhsil, regionda sülh kimi önəmli məsələlər də qabardılır və biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var. Azərbaycan tərəfindən müəyyən təkliflər olarsa, yenə də birlikdə hərəkət etməyə hazırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info