“Ölkə universitetlərinin beynəlxalq resurslara birbaşa çıxışı təmin edilməlidir”
Tarix: 18.12.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Ali məktəblərdə təhsil prosesi elmi innovasiyalar üzərində qurulmalı olduğu üçün universitetlər elm-təhsil mərkəzləri kimi çıxış etməli, elmi təşkilatlarla daha sıx əlaqəli olmalı, birgə tədqiqatlar aparmalıdır”. Bunu təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin 95 illik yubileyində çıxışı zamanı deyib.
M. Cabbarov bildirib ki, beynəlxalq elmi mühitlə daim təmasda olmadan elmi tədqiqat işləri aparmaq mümkün deyil. O qeyd edib ki, elmin inkişafını təmin etmək üçün elmi nailiyyətin və alimlərin fəaliyyətlərinin obyektiv şəkildə qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu gün beynəlxalq aləmdə elmi məqalələrin və alimlərin qiymətləndirilməsi üzrə müxtəlif elmi informasiya bazalarının mövcud olduğunu söyləyən M. Cabbarov əlavə edib ki, Azərbaycan universitetləri onların imkanlarından istifadə etsə, bu, təcrübəli və beynəlxalq səviyyədə mütəxəssislərin aparıcı mövqe tutmasına imkan yaradar, kadr məsələlərində mövcud subyektiv faktorların təsirinin minimuma endirilməsinə yardım edər: “Bunu nəzərə alaraq ölkə universitetlərinin beynəlxalq resurslara birbaşa çıxışı təmin edilməlidir. Təhsil Nazirliyi bu istiqamətdə addımlar atacaq. Azərbaycan dövlətinin əsas prioritetlərdən biri təhsil sferasının inkişafıdır. Müasir dünyada hər bir ölkənin tərəqqisi və gələcəyi həmin ölkədə təhsilin gələcəyi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlarla müəyyən olunur. Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ölkə iqtisadiyyatının inkişaf meyllərinə uyğun, yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, səmərəli ali təhsil sisteminin qurulması dövlət siyasətinin əsas prioritet sahəsidir. Ali təhsil müəssisələrində tədrisin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədrisə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinin zəruri şərtlərdəndir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info