A.Əlizadə: “Ali təhsil müəssisələri ilə əlaqə daha da dərinləşməlidir”
Tarix: 18.12.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Azəbaycan Milli Elmlər Akademiyasında elm və təhsilin inteqrasiyası üçün ciddi addımlar atılır”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakı Dövlət Universitetinin (BDU) 95 illik yubileyi ilə bağlı keçirilən tədbirdəki çıxışında deyib.
A. Əlizadə bildirib ki, artıq gələn ildən akademiyada magistratura pilləsinin təşkili planlaşdırılır. Onun sözlərinə görə, burada məqsəd yüksək ixtisaslı elmi kadr hazırlığının bir qədər əvvəldən, yəni magistratura səviyyəsindən başlamaqdan ibarətdir. AMEA prezidenti qeyd edib ki, bununla bağlı respublikanın ali təhsil müəssisələri, o cümlədən BDU ilə əlaqə və münasibətlər daha da dərinləşməlidir: “Bundan əlavə, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması üçün ali məktəblərlə tədris işçiləri arasında qarşılıqlı əməkdaşlıq genişləndirilməlidir. Elmlə təhsil, akademiya və universitet arasındakı əməkdaşlıqlar daha da genişləndirilməli, yüksək ixtisaslı kadr hazırlığı, qrant layihələrdə birgə iştirak, təcrübə mübadiləsi və bu istiqamətlərdə qarşılıqlı münasibətlər daha da inkişaf etdirilməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info