“The Globe and Mail”: “Qərb Rusiya rublunu xilas etməlidir”
Tarix: 18.12.2014 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Rusiyalıların çoxu Qərbi ittiham edəcəklər”

"Reflex": “Rusiya və Putin barəsində yanılmalar Qərbi məhvə doğru aparır”


Dünya mediası və beynəlxalq ekspertlərin diqqəti Qərb-Rusiya münasibətlərinə və bu münasibətlərin nəticəsi olan yeni dünya iqtisadi böhranına dikilib.
“Rusiya rublunun dəyəri bu həftə kəskin şəkildə aşağı düşdü. Qərb ölkələrinin liderlərini onların qəddar düşməni Putinin iqtisadi böhran perspektivi ilə üzləşdiyinə görə acı çəkməyə görə bağışlamaq olar”. Bu barədə Kanadanın Makgil Universitetinin politologiya professoru Cülyetta Conson “The Globe and Mail”dəki məqaləsində yazıb. Amma onun fikrincə, Rusiya bazarındakı bugünkü panikaya sevinmək və bu barədə təbliğat aparmaq yerinə, Qərb bu oyunu qurtarmalıdır: “Əgər Qərb ölkələri Rusiya maliyyə bazarından sanksiyaları müvəqqəti götürsəydilər, bu, bazar iştirakçılarını kifayət dərəcədə ruhlandıra və rublu stabilləşdirə bilərdi”. Onun fikrincə, Qərb rublu xilas etməlidir. Professorun fikrincə, maliyyə bazarlarında panikanın olması dünya iqtisadiyyatında böyük faktordur və kimsənin xeyrinə deyil. Maliyyə panikası genişlənmə tendensiyasına malikdir. Bazar iqtisadiyyatı formalaşan ölkələrin aksiyaları və valyutaları Rusiya ilə bağlı problem üzündən dəyərdən düşüblər. Böhran neftdən asılı olan və Rusiya ilə yaxın digər ölkələrə də keçə bilər. O cümlədən, böhran Qərbin müttəfiqləri olan Ukrayna, Gürcüstan, Moldovaya da təsir göstərə bilər. Ukrayna iqtisadiyyatının artıq xaos həddində olduğunu nəzərə alsaq, böhran ona daha çox zərər vuracaq, sanksiyalardan irəli gələn Rusiya böhranına Ukrayna daha çox yoluxacaq. Professorun fikrincə, tammiqyaslı böhran sadə rusiyalılara ağır zərbə vuracaq. Bu, təkcə humanitar baxımdan dəhşətli olmayacaq, rusiyalıların çoxu öz bədbəxtliklərində Putini yox, Qərbi ittiham edəcəklər. Alimin fikrincə, Rusiyada hakimiyyətin dəyişilməsi az inandırıcıdır, amma hakimiyyət dəyişsə belə, qələbəni daha liberal Rusiya liderinin bayram edəcəyi inandırıcı deyil: “Xatırladaq ki, 1998-ci ilin böhranının mənfi nəticələrinə görə, Boris Yeltsini hakimiyyəti o vaxt kimsənin tanımadığı Putinə ötürməyə məcbur etmişdilər”.
Əlavə edək ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi bütü dünya iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Məsələn, İsrailin "Calcalist" nəşri yazır ki, Rusiyaya qarşı sanksiyalara görə bu ölkənin kənd təsərrüfatı da böhran həddinə gəlib çatıb. Göründüyü kimi, İsrail, Rusiyaya Belarus, Ukrayna və digərləri kimi yaxın deyil. Bununla belə, sanksiyalar İsrailin iqtisadiyyatına da mənfi təsri göstərir.
Sanksiyalar və Qərbin Rusiyaya qarşı münasibəti barədə yazan Çexiya qəzeti "Reflex" isə bildirir ki, Rusiya və Putin barəsində yanılmalar və onların düzgün qiymətləndirilməməsi Qərbi məhvə doğru aparır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info