Mingəçevirdə jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirilib
Tarix: 18.12.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirilib. Mingəçevir Media Resurs Mərkəzində "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları" mövzusunda keçirilən təlimlərə bölgədə fəaliyyət göstərən 25 nəfər jurnalist qatılıb. Təlimlər, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə icra edilən “Jurnalistlərin seçkiləri müşahidə vərdişlərinin artırılmasına yardım” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, təlimlərin keçirilməsində məqsəd qarşıdan gələn bələdiyyə seçkilərində jurnalistlərin peşəkar müşahidəçi kimi iştiraklarına yardım göstərmək olub: “Bələdiyyə institutunun möhkəmlənməsində və inkişaf etdirilməsində medianın rolu böyükdür. Bələdiyyələrin mahiyyəti, strukturu,problemləri barədə il boyu informasiyalar yaymaqla KİV-lər əhalinin bələdiyyələrə olan maraqlarını artırılar. Digər tərəfdən, jurnalistlər seçki günü müşahidə aparmaqla seçkilərin şəffaf və ədalətli keçməsinə, əhalinin bələdiyyələrə olan etimadlarının möhkəmlənməsinə xidmət göstərirlər. Bu baxımdan jurnalistlər seçki prosesinə peşəkar yanaşmaları tələb edilir ki, keçirdiyimiz təlimlər də bu məqsədə xidmət edir”.
Təlimə qatılan jurnalistlərə və bölgədə mövcud olan KİV redaksiyalarına “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabı paylanılıb. KİVDF-nin maliyyə yardımı ilə nəşr edilmiş kitab redaksiyalara və jurnalistlərə pulsuz paylanıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info