“Azərbaycan 2020: Gələcəyə Baxış” debatları başa çatıb
Tarix: 18.12.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkşaf Konsepsiyası ilə gəncləri yaxından tanış etmək və Konsepsiyaya daxil olan müxtəlif maddələrin ictimai müzakirəsini həyata keçirmək məqsədi ilə “Respublika Gənclər Debat Forumu Payız – 2014” çərçivəsində silsilə təlim və debatlara yekun verib.
Forum, 2014-cü ilin sentyabr-dekabr aylarını əhatə edib. Forum çərçivəsində müxtəlif formatlı tədbirlərdə 1000-dən artıq gənc iştirak edib. Bu tədbirlər sırasında təlimlər, seminarlar, dəyirmi masalar, yığıncaqlar, ictimai debatlar, debat turnirlərini qeyd etmək olar. Forum Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi zonalarını əhatə edib.
Forum çərçivəsində müzakirəyə qoyulmuş mövzular əsasən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının “İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” bəndinin 7.2 (“Müasir təhsil sisteminin formalaşdırılması”) və 7.5 (“Gənclərin potensialının və idmanın inkişaf”) yarımbəndlərini əhatə edib. Xüsusən, ölkənin prioritetlərindən olan əhalinin, o cümlədən gənclərin məşğulluğunun təmin olunması müzakirələrdə vacib yer almışdır.
Təşkilatın Sədri Seymur Hüseynov, Forumun təşkilati komitəsi ilə iclasda Debat Forumların gənclərin tənqidi təfəkkürünün, yaradıcı və kreativ düşüncənin, eyni zamanda natiqlik bacarıqlarının formalaşdırılmasında böyük əhəmiyyətə malik olduğunu, Forumun gəncləri “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ilə yaxından tanış etdiyini bildirib.
Xatırladaq ki, “Respublika Gənclər Debat Forumu” DVC tərəfindən tərəfdaşları və regional nümayəndəlikləri ilə birlikdə davamlı olaraq həyata keçirilən ölkə səviyyəli gənclər tədbiridir. Hər il, Forum çərçivəsində Azərbaycanın iqtisadi rayonlarının ali və natamam ali təhsil müəssisələrində təhsil alan 5000-ə yaxın gənc təlimləndirilir, həyata keçirilən daxili və ya regional Debat Forumlarında iştirak edir. Qeyd edək ki, hal-hazırda respublika ərazisində DVC-nin 11 Debat Mərkəzi və 300-ə yaxın könüllüsü fəaliyyət göstərir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info