Putin: “Hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun...”
Tarix: 18.12.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Ərdoğan güclü xarakterə malikdir”

Prezident Vladimir Putin Rusiyanı Qərbin zəncirləmək istədiyi ayıya bənzədib.
Mətbuat konfransında Qərbin siyasətini tənqid edən V. Putin bildirib ki, Rusiya hər məsələdə və atdığı hər addımda problemlər, ona qarşı mübarizə və opponentliklə qarşılaşır: “Mən Valday klubunda çıxışımda bizim ən çox tanınan simvolumuz olan və tayqanı qoruyan ayıdan bir misal çəkmişdim. Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin, bəlkə belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmazlar. Hər zaman onu zəncirləməyə çalışacaqlar və buna nail olan kimi, onun dişlərini və dırnaqlarını sökəcəklər”.
Putin Türkiyə ilə olan münasibətlərdən də söz açıb. O deyib ki,
Rusiya ilə Türkiyənin üst-üstə düşən çoxlu sayda regional maraqları var.
V. Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.
Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib.
V. Putin Ərdoğanı “krepkiy mujik”-güclü xarakterə malik kişi adlandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info