“Azərkosmos“ Livan yayım bazarına daxil oldu
Tarix: 18.12.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalarından olan MTV Livan "Azerspace-1" telekommunikasiya peykinin tutumlarından istifadəyə başlayıb. Bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi qeyd edib: “MTV "Azerspace-1" peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur. Hazırda "Azerspace-1" peykinin Asiya və Avropa şüaları vasitəsilə MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır. Həmçinin MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və "Uplink" (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini “Azərkosmos”a həvalə edib. Buna səbəb “Azərkosmos”un zəngin təcrübəsi və geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır". Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info