Roman Qriqorçuk rəsmən “Qəbələ“də
Tarix: 18.12.2014 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


"Qəbələ" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Klubun rəsmi saytının məlumatına görə, Dorinel Muntyanunun istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.
Qriqorçukla 1,5 illik müqavilə imzalanıb. Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-94) və “Krivbass” (1996-97), Avstriyada “Sankt-Pelten” (1994-95), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn”un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk “Dinaburq”da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi “Ventspils”in “sükanı arxasında” olub. Titullarını məhz “Ventspils”də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb.
Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye “Metallurq”unu çalışdırıb. Son klubu Odessa “Çernomorets”i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə - 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. "Çernomorets" çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info