Bizim gənclər bir çox hallarda başqa tələbələrdən üstün olurlar”
Tarix: 18.12.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Cavid Mövsümlü: “İbtidai sinifdən övladlarımıza öncə vətənpərvərliyi aşılamalıyıq”
Türkiyənin Hacettepe Universitetinin doktorantı Cavid Mövsümlü ilə müsahibəni təqdim edirik

-Özünüzü oxucularımıza tanıtmağınızı istərdik.
-Mən 1989-cu ildə Bakı şəhərində hərbçi və müəllimə ailəsində anadan olmuşam. Orta məktəbdə təhsil alarkən paralel olaraq musiqi, rəsm və üzgücülüklə məşğul olmuşam. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. Tələbəlik illərində də ictimai-elmi sahələrdə aktiv olmuşam. 2009-cu ildə fakültəmiz tərəfindən ilin tələbəsi də seçilmək mənə nəsib olub. 2010-cu ildə bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirərək yenə də BDU-nun Asiya və Afrika ölkələri tarixi ixtisası üzrə magistr pilləsinə qəbul olmuşam. Amma eyni ildə təhsilimi donduraraq hərbi xidmətə getmişəm. 2010-2011-ci illərdə Naxçıvanda DSX-in “N”saylı hərbi hissəsində şərəfli “sərhədçi” adını daşımaq mənə nəsib olub. Hərbi xidmətimi tamamladıqdan sonra magistr dərəcədə yenidən təhsilimi davam etdirməyə başlamışam. Bu illərdə elmi fəaliyyətimi daha da genişləndirdim. Bir sıra xarici ölkələrdə elmi konfrans, simpoziumlarda məruzəçi, oturum rəhbəri və hətta təşkilatçı kimi də iştirak etmişəm. Bu günə qədər 20-dən çox elmi məqalələrim və tezislərim müxtəlif beynəlxalq dərgilərdə müxtəlif dillərdə dərc olunub. 2014-cü ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. 2011-ci ildən BDU-nun Tarix fakültəsində Tarixşünaslıq və Mənbəşünaslıq fənləri üzrə rus bölməsinə mühazirələr oxumuşam. 2014-cü ildə magistratura pilləsində təhsilimi başa vurduqdan sonra Türkiyə Cümhuriyyətinin təhsil proqramı üzrə sənədlərimi göndərdim. Müsbət cavab gəldikdən sonra səfirlikdə müsahibə yolu ilə Hacettepe Universitetinin Tarix bölümündə doktarantura pilləsində təhsil almağa dəvət olundum. Hal-hazırda təhsilimi davam etdirirəm.
- Siz xaricə təhsil almağa getməmişdən əvvəl BDU-da müəllim işləmisiz. Sizcə, müəllim hansı cəhətləri ilə gənclərə örnək olmalıdır?
-Məncə, öncə müəllim olan kəs şərəfli “Müəllim” adını yüksək tutmalı, ona hörmət etməlidir. Bundan sonra onun peşəsinə ətrafdakılar da hörmət edəcəklər. Mənim aləmimdə müəllim ən müqəddəs peşədir. Müəllim dürrüstlüyü, ədaləti, savadı, əxlaqı, vətənpərvərliyi, mərdliyi ilə gənclərə örnək olmalıdır ilk olaraq. Müəllim cəmiyyətimizə faydalı gəncləri yetişdirən bir insan olmalıdır.
-Necə düşünürsüz, gənclər öz istəkləri uğrunda əzmlə mübarizə aparırlarmı?
-Az da olsa təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyinin tədris mərkəzlərində fəaliyyətləri aşağı səviyyədədir. Bizdə bəziləri sərmayəsini övladları savadsız olsun deyə xərcləyirlər. Elə buna görə də çox zaman elmə marağı olan gənclərimizin kütləvi surətdə elm və tədrisin inkişaf etmiş ölkələrə axınını müşahidə edə bilərik. Bu isə ölkəmizin potensiallı gənclərinin istəməyərəkdən xaricə idxalı deməkdir.
- Azərbaycanlı tələbələr hansı cəhətləri ilə əcnəbi tələbələrdən irəli və ya geridirlər?
-Doğrusu, hələ ki, təhsilimə yeni başlayıram. Amma buna qədər başqa ölkələrdə elmi tədbirlərə çox qatılmışam deyə, tələbələri də müşahidə etmək imkanım olub. Zənnimcə, xarici ölkələrə savadlı gənclərimizin getməsi ilə əlaqədar olaraq bizim gənclər heç də başqa tələbələrdən geri qalmırlar, hətta bir çox hallarda üstün də olurlar.O ki qaldı ölkəmizdəki gənclər, doğrusu, bizimkilərin oxumağına oxumaq demək olmaz! Çox nadir hallarda, hər qrupda 1 və ya 2 çalışqan tələbə tapmaq olar.
-Gənclərin mənəvi inkişaf əldə etməsi üçün əsas nəyə ehtiyac var?
-Zənnimcə, ibtidai sinifdən övladlarımıza öncə vətənpərvərliyi aşılamalıyıq. Bu çox mühüm bir faktordur. Bu cür yetişən nəsil öz millətinə və ya dövlətinə aid olan hər bir şeyin təəssübkeşliyini çəkir. Daha sonra təhsildə istənilən neqativ halları aradan qaldırmaq lazımdır. Bu da bizim gənclərin psixologiyasına mənfi təsir edir. Bu problemlər bizim təhsilimizdə hələ də mövcuddur, ona görə də bizdə bu sahədə inkişaf, hələ ki, getmir. Amma ümid edirəm ki, yaxın gələcəkdə bu problemlər də öz həllini tapacaq. Ölkəmizin bir sıra sahələri inkişaf etdiyi kimi təhsil sahəsi də inkişaf edəcək.
-Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin hansı rolu var?
-Gözəl sualdır. Milli adət-ənənələr bir millətin tarix boyunca varlığını sübut edən bir sənəddir. Adət-ənənələrimiz zəngindir, demək ki, bizim tariximiz də çox qədimlərə dayanır. Bu gün bu kimi mənəvi dəyərlərimizin inkişaf etdirilməsində, zənginləşdirilməsində və beynəlxalq aləmə çatdırılmasında mövcud hökumətimizin müstəsna rolu vardır. Bu yaxşı haldır. Belə bir siyasət millətin də geninə yaxşı təsir edir. Elementar olaraq bir misal çəkim ki, bir neçə il bundan qabaq toylarda klub mahnı və rəqslərinə, estrada müğənnilərinə təlabat var idisə, indi daha çox milli musiqi və rəqs, muğam ifaçıları, aşıq musiqisi və xalq mahnılarına daha çox maraq vardır. Deməli, bu sahədə inkişaf vardır.
-Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması yolları hansılardır?
-Burada ilk olaraq bir amil əsas götürülməlidir, o da təbliğatdır. Təbliğatın iki əsas forması vardır ki, gənclərə tez təsir göstərir: KİV və tədris. KİV və tədris sistemi gənclərimizə nə qədər çox vətənpərvərlik ruhunda təbliğat apararsa, biz o qədər də ölkəmiz üçün sağlam gənc nəsil yetişdirmiş olarıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info