“Mosulun azad edilməsi çox çətin, uzun sürən bir proses olacaq”
Tarix: 19.12.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


İraq Kürdüstanının Hərbi Nazirliyinin baş katibi Cabbar Yavər Mosulun tezliklə “İslam Dövləti” (İŞİD) qruplaşmasından azad edilməsini qeyri-mümkün sayır. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, C. Yavər bunun çox çətin və uzun sürən bir proses olacağını deyib: “Mosul üçün İraqın mərkəzi hökuməti ciddi hazırlıq görməlidir. Koalisiya qüvvələri, şəhər əhalisi və bölgədəki qəbilələr də əməliyyata cəlb olunmalıdır. Mosulun azad olunması üçün ancaq peşmərgələr və şiə qardaşlarımız mübarizə apararsa, bu, vətəndaş müharibəsinə çevrilər. Şiələrlə sünnilər, kürdlərlə ərəblər arasında qarşıdurma başlayar. Ona görə də, Mosulun azad edilməsi prosesinə hər kəs cəlb olunmalıdır”.
Cabbar Yavər vurğulayıb ki, hələ İraq hökumətində Mosulun xilası ilə bağlı dəqiq bir plan yoxdur. O, kürd silahlılarının təlimi üçün NATO-nun dəstək verdiyini və təkcə Türkiyədən 20-30 hərbçinin peşmərgə qüvvələrinə təlim keçmək üçün İraqa göndərildiyini əlavə edib: “Türkiyəyə təşəkkür edirik. İŞİD-ə qarşı mübarizədə Kürdüstana dəstək verdi. Kobanidə döyüşməyə gedən peşmərgələrin öz ərazisindən keçməsinə imkan yaratdı”.
C. Yavər peşmərgə qüvvələrinin maliyyələşməsi ilə də bağlı danışıb. Onun sözlərinə görə, İraqın 2015-ci il büdcəsindən kürd peşmərgə ordusuna 1 milyard ABŞ dolları dəyərində vəsait ayrılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
17.04.2019
ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək
17.04.2019
Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir
17.04.2019
Demoqrafik keçid Azərbaycanda hamar olacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info