Obama Kuba ilə əlaqələrin normallaşacağını elan etdi
Tarix: 19.12.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatları gözlənilmədən Kuba ilə əlaqələrin normallaşması, siyasi və diplomatik münasibətlərin bərpa olunmasına qərar verib. Bunu ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə bəyan edib. ABŞ prezidenti Barak Obama Kommunist Partiyasının hakimiyyətə gəldikdən sonra Kubaya tətbiq edilən və yarım əsrdən bəri davam edən embarqonun ləğvi üçün Konqresə çağırış edib.
Bəzi ekspertlər hesab edir ki, Obama belə bir addım atıb köhnə münaqişələrdən birinə son qoymaqla tarixə düşmək istəyir. Bu addımı atmaqla amerikalı siyasətçilər ötən əsrin 60-cı illərindən tətbiq edilən embarqonun ABŞ hökumətinə heç bir fayda vermədiyini etiraf ediblər. Prezident Obama televiziya vasitəsilə xalqa müraciətində bildirib ki, bütün bu embarqolar “çox az təsir” gücünə malik olmaqla yanaşı, “ABŞ-ın maraqlarına cavab verməyib”. Obama etiraf etməli olub ki, Kuba dövlətinə qarşı tətbiq edilən sanksiyalar Konqres tərəfindən həyata keçirildiyi üçün o, bu sanksiyaları ləğv etmək iqtidarında deyil. Ona görə də Obama sanksiyaların ləğv edilməsinin mümkünlüyünü müzakirə etmək üçün Konqres üzvlərinə çağırış edib: “Mən sanksiyaların aradan qaldırılması ilə bağlı Konqreslə birlikdə vicdanlı və ciddi müzakirələrdə iştirak etməyə hazıram”. Obama eyni zamanda, dövlət katibi Con Kerriyə Kubanın “terrorizmə sponsorluq edən dövlət” statusunu nəzərdən keçirməyi tapşırdığını bildirib. Bütün bunlarla yanaşı, iki ölkə arasında tam diplomatik əlaqələrin bərpası üçün Kubada ABŞ səfirliyinin açılması nəzərdə tutulur. Obama Kuba ilə danışıqların təşkilində göstərdiyi yardıma görə Roma Papası Fransiskə və Kanada dövlətinə xüsusi təşəkkürünü bildirib. O, həmçinin ABŞ-ın “siyasi məhbus” hesab etdiyi 53 Kuba vətəndaşının azadlığa buraxılmasını alqışlayaraq, iki ölkə arasında dostluq və əməkdaşlığa çağırış edib. Maraqlısı odur ki, Obama “biz hamımız amerikalıyıq” cümləsini təmiz ispan dilində tələffüz edib. Obama səlahiyyət müddətinin sonuna qədər Kubaya səfər edəcəyini istisna etməyib. Kuba Dövlət Şurasının sədri və hökuməti başçısı Raul Kastro da iki ölkə arasında münasibətlərin BMT prinsipləri əsasında normallaşması üçün çağırış edib. Vaşinqtonla Havana arasında münasibətlərin normallaşması çağırışlarına münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə verdiyi açıqlamada bu olayın Rusiya üçün müsbət hal olduğunu bildirib: “Rusiya Kuba-Amerika münasibətlərinin normallaşmasını ardıcıl müdafiə edən ölkə olub. Rusiya Kubaya qarşı tətbiq edilmiş sanksiyaların tam aradan qaldırılması üçün ardıcıl olaraq danışıqlar aparıb. ABŞ bununla xarici siyasətdə sanksiya tətbiqinin perspektivsiz olduğunu etiraf etmiş oldu”. Nəzərə çatdıraq ki, Obamanın bu addımı bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, Strateji Dəyərləndirmələr İnstitutunun direktoru Serqey Oznobişevin sözlərinə görə, amerikalı prezident 2017-ci ildə başa çatacaq səlahiyyət müddəti bitənə qədər tarixi nailiyyətə imza atmaqla “Nobel mükafatı”na haqq qazandırmağa çalışır.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info