Bahalaşma dalğası Fransaya çatdı
Tarix: 19.12.2014 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Yeni ilin fransızların həyatına yeni “sürpriz”lərlə daxil olacağı gözlənlir. Belə ki, yanvarın 1-dən etibarən bir çox sahələrdə qiymətlər qaldırılacaq. Bu ilk növbədə aylıq biletlərə aiddir. Əgər nəqliyyatda gediş haqqı üçün əvəllər aylıq biletə 56, 70 avro ödənilirdisə, gələn ildən 70 avro ödəmək lazım gələcək.
Ölkədə benzinin qiyməti də qaldırılacaq. Benzinin markasından asılı olaraq xüsusi avtomobil sahibləri bir litr üçün 15-25 sent artıq ödəməli olacaqlar.
Poçt markaları isə 0, 56 avro əvəzinə 0, 76 avroya satılacaq.
Yeni ildə əhali tərəfindən gündəlik istifadə olunan digər malların da qiymətinin qaldırılacağı gözlənilir.
Ölkədə bəzi qüvvələr qiymət artımına qarşı çıxsalar da, tarif şurası bu etirazları qəbul etməyib.
Xatırladaq ki, son zamanlar Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar səbəbindən Avropanın əksər ölkələrində büdcə ilə bağlı ciddi problemlər ortaya çıxıb və Rusiya ilə əməkdaşlıqdan gələn iqtisadi gəlirlər xeyli azalıb. Bu səbəbdən də bir çox ölkələrdə bahalaşma yaranıb. Bu isə əsasən Şərqi Avropa ölkələrində müşahidə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info