“Bakı 2015”in brendinin “Design Week” tərəfindən tanınması böyük nailiyyətdir”
Tarix: 19.12.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


“Design Week” Avropa Oyunlarının avqust ayında buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb. Brend “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur “SomeOne” agentliyi ilə birlikdə hazırlanıb. “Bakı 2015”in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: “Mən Bakının küçələrinə yaraşıq gətirmiş və dünyada dərhal tanınmış Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik etmək istərdim. Brendimizin “Design Week” tərəfindən tanınması böyük nailiyyətdir və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır”. Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və Avropa Oyunlarının bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək.
Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilib. “Bakı 2015” Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidir.
Biz innovativ və “Bakı 2015” Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Azərbaycan polisi ictimai sabitliyin keşiyindədir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info