Azərbaycanda ilk dəfə əlil gənclər öz uğur hekayələrini hazırlayıblar
Tarix: 19.12.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Əlilliyi olan bir qrup azərbaycanlı gənc uğur hekayələrindən yazıb dünyaya təqdim edib. Belə ki, “Məqsəd. Kiçik addım... Böyük irəliləyiş” adlı əlilliyi olan gənclər üçün nəzərdə tutulan layihə artıq başa çatıb. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə, bu gənclər öz uğur hekayələrini hazırlayıb təqdim etmək imkanı qazanıblar. Bakıda təşkil olunan təlimlərə 19-29 yaş arası əlilliyi olan gənclər qatılıb. Layihənin məqsədi, bu gənclərin cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaq, vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkməkdir.
Təlimlər britaniyalı beynəlxalq təlimçi Dan Mason həyata keçirib: “Hazırda dünyada, bir sıra ölkələrdə inkluziv cəmiyyətin formalaşması üçün bir sıra layihələr həyata keçirilir. Bu layihə də deyərdim bunun bir tərkib hissəsidir. Məqsədimiz bu cəmiyyətin formalaşmasında əlilliyi olan gəncləri aktivliyini təmin edərək cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir.” Təlim müddətində iştirakçılara öz uğur hekayələrini daha maraqlı və oxunaqlı yazmaq, onu multimedia vasitələrindən istifadə edərək təqdim etmək bacarığı aşılanıb. Bununla yanaşı həm də onlara müsahibə almaq qaydaları, vətəndaş jurnalistikası bacarıqları təlim olunub. Təlimin sonunda gənclər öz uğur hekayələrini təqdim ediblər. Bu hekayələr müxtəlif dövrlərdə on-line mediada dərc olunacaq.
Qeyd edək ki, “Elnaramedia”nın müəllifi olduğu layihə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə həyata keçirilib. Bu linkdə isə sizə iştirakçıların təlimdən qazandıqları, praktik fəaliyyətləri və fikirləri yer alıb.
https://www.youtube.com/watch?v=6YK_KCK-iYc
Tural





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info