Müəllimlər yeni metodla işləyirlər
Tarix: 19.12.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müəllimi Vüsalə Ağabəylinin təşkilatçılığı və Pedaqoji fakultənin 321a qrup tələbələrinin iştirakı ilə “İnnovation” adlı tədbir keçirilib. Tədbirdə universitetin rektoru prof. Səməd Seyidov, prorektorları Vazeh Əsgərov, Ələddin Əliyev, Pedaqoji fakultə (ingilis-fransız) dekanı Vəfa Babayeva, dekanları Fikrət Cahangirov, Anar Nağıyev, kafedra müdirləri Məsməxanım Qazıyeva, Sevinc Zeynalova və Linqvokulturologiya kafedrasının müəllimləri iştirak ediblər.
Tədbirin əsas məqsədi hesabat xarakteri daşıyıb. Yəni, Vüsalə Ağabəylinin dərs dediyi Yuxarı oxu və nitq fənni üzrə 3-cü kurs tələbələrinin bir semester boyu keçdikləri dərslərin “syllabusa” əsasən müxtəlif mövzularının qısa xülasəsi səhnəciklər və rəqslərlə təqdim olunub. Tədbiri çıxış sözü ilə açan V.Ağabəyli universitetin rektoru Səməd Seyidova və rəhbərlik nümayəndələrinə təşəkkür edərək, tədbirin məqsədi və təşkil olunmuş səhnəciklərin, musiqilərin, rəqslərin sırf dərs mövzuları ilə əlaqəli olduğunu vurğulayıb. Sonra isə, növbə ilə “How to get out alive”, “Palmist”, “National Stereotypes”, “How I trained my husband”, “Let your body do the talking” mövzularına uyğun qurulmuş səhnəciklər, mahnılar və rəqslər təqdim olunub. “National Stereotypes” mövzusuna uyğun olaraq, tələbələrin təqdim etdiyi müxtəlif ölkələrin rəqsləri auditoriya tərəfindən alqışlarla qarşılanıb. “How I trained my husband” mövzusunu qeyd edərkən isə tələbələr cəmiyyətdə ən aktual problemlərdən olan “gender” problemindən, kişilərin cəmiyyətin istənilən sahəsində dominantlığından danışaraq, ADU-da qadınların çoxluğundan istifadə edib rolları dəyişiblər, yumoristik şəkildə qadını dominat göstəriblər. Bu səhnə bütün ADU kollektivi tərəfindən çox maraqla qarşılanıb. “Let your body do the talking” mövzusunda isə İlahə Məmmədqasımovanın onlara dərs deyən müəllimləri və hətta fakultə dekanı Vəfa Babayevanı və tədris işləri üzrə prorektor Vazeh Əsgərovu parodiya etməsi bütün qonaqların gurultulu alqışlarına səbəb olub. Tədbirdə 321a qrup tələbələri öz yaddaqalan çıxışları ilə seçiliblər.
Sonda V.Ağabəyli hamıya minnətdarlığını bildirib. Səməd Seyidov öz pozitiv çıxışına lətifələr və sitatlar gətirərək, hamını təbrik edib, bu cür tədbirlərin tələbələr üçün necə əhəmiyyətli olduğunu vurğulayıb. Sonra isə, bütün ADU kollektivini və tələbələri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək hamıya uğurlar arzulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info