Lavrov ABŞ-a etiraz etdi
Tarix: 19.12.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində prezident Barak Obamanın “Ukraynada Azadlığa Dəstək Aktı”nı imzalamasından narazılığını bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, S. Lavrov bəyan edib ki, bu addım Rusiya ilə ABŞ arasındakı normal münasibətləri uzun müddətə poza bilər.
Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib. Rusiya XİN-in yaydığı məlumatda bildirilib ki, tərəflər Fələstin-İsrail məsələsini və Ukrayna böhranını müzakirə ediblər: “Sergey Lavrov eyni zamanda onu vurğulayıb ki, ABŞ prezidentinin imzaladığı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ehtiva edən “Ukraynada Azadlığa Dəstək Aktı” ölkələrimiz arasında normal qarşılıqlı fəaliyyəti uzun müddətə dağıda bilər”.
Qeyd edək ki, B. Obama Konqresdə qəbul olunan məlum sənədə (Ukraine Freedom Support Act 2014) dekabrın 18-də imza atıb. Qanunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Ukraynaya silah (o cümlədən letal silahlar) göndərilməsi üçün prezidentə səlahiyyət verilir. Lakin B. Obama hələlik yeni sanksiyaların tətbiqi barədə ona verilən səlahiyyətdən istifadə etməyəcəyini açıqlayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info